EN

Bakıda tıxac dözülməz həddə çatıb - DJ Tural 

"Son bir həftədir tıxaclar artıq dözülməz həddə çatıb. Dünən axşam saat 19:55-də İTV-dən çıxdım. Düz bir saat sonra, 20:55-də ancaq Heydər Əliyev prospektinə çata bildim. O qədər yubanmışdım ki, üzü Siyəzənə getsəydim bəlkə də daha tez çatardım".

Ölkə.az xəbər verir ki, bu sözləri avtobloqer DJ Tural (Yusifov) son günlər artan tıxaclardan danışarkən deyib.

"Ən qəribəsi isə budur ki, tıxacdan çıxanda niyə orada ilişib qaldığımı anlamadım. Konkret səbəb yox idi.

Avtobus zolağı olan yollarda isə avtobuslar yanımızdan rahat keçib gedirdi. Onlar bizdən qat-qat şanslı idilər", - deyə o qeyd edib.

Həmidə İbrahimova

Chosen
31
2
olke.az

3Sources