EN

Alvaresin zədəsi ilə bağlı son vəziyyəti açıqlandı

Meksika Futbol Federasiyası, Meksika Milli Komandasının yoldaşlıq matçında zədələnən "Fənərbaxça"nın yeni transferi Edson Alvaresin vəziyyəti ilə bağlı açıqlama yayıb.


Manset.az Türk mediasına istinadən xəbər verir ki, Meksika ilə Yaponiya arasında keçirilən yoldaşlıq görüşünün 32-ci dəqiqəsində zədələnən Alvares, oyunu davam etdirə bilməyib və yerinə Erik Lira keçib.

Federasiyanın bəyanatında qeyd edilib ki, "Edson Alvaresin sağ budunun arxa hissəsində kiçik əzələ zədəsi var. Onun nə zaman meydana qayıda biləcəyi, klubu tərəfindən müəyyənləşdiriləcək".

28 yaşlı futbolçunun zədəsinin ciddiyyəti və müalicə planı İstanbulda keçiriləcək yoxlamalardan sonra dəqiqləşəcək.

Chosen
16
manset.az

1Sources