EN

Mayk Pompeo: Avropalılar hələ də Rusiyadan neft alaraq müharibəni maliyyələşdirir

Avropa ölkələri Rusiya neftini almağı dayandırmalı və Rusiyaya qarşı real sanksiyalar tətbiq etməlidir...

Poliqon xəbər verir ki, bu barədə Donald Trampın birinci administrasiyasında ABŞ-ın keçmiş dövlət katibi olmuş Mayk Pompeo Fox News telekanalında bildirib.

Onun fikrincə, Rusiya lideri Vladimir Putinin istənilən danışıqlar yolu ilə həllində "sıfır marağı" var. Kreml lideri bu mövqedən ona "çox böyük qiymət" bahasına başa gələnə qədər sadiq qalacaq. Pompeo hesab edir ki, ABŞ prezidenti Donald Tramp və xüsusən də Avropa "ağrılı vasitələrlə, real sanksiyalarla" cavab verməlidir:

"Avropalılar Rusiya neftini almamalıdırlar. Onların hələ də bu müharibəni maliyyələşdirməsi dəlilikdir", deyə o qeyd edib.

O, həmçinin əlavə edib ki, Çin bankları bu müharibəni maliyyələşdirir. Onun fikrincə, prezident Trampın arsenalında Rusiyaya təsir etmək üçün çoxlu alətlər var. Buraya Rusiya ərazisinə uzaqmənzilli zərbələrə icazə verilməsi də daxildir.

Poliqon.info

Chosen
36
poliqon.info

1Sources