EN

Abbas Hüseynov: Vuruşdunsa, Allah tərəfindən mükafatlandırılacaqsan

“Əgər istək, xarakter varsa, vuruşacaqsan. Vuruşdunsa, Allah tərəfindən mükafatlandırılacaqsan. Ona görə də hər oyuna çıxıb bunu etmək lazımdır. Biz Ukraynaya qarşı meydanda döyüşdük”.

Teleqraf xəbər verir ki, bu sözləri Azərbaycan millisinin müdafiəçisi Abbas Hüseynov Ukrayna yığması ilə keçirilən DÇ-2026-nın seçmə mərhələ oyunu barədə danışarkən deyib.

O, bir xalın gələcək oyunlar üçün yüksək motivasiya yaradacağını qeyd edib: “Bilirsiniz ki, uduzmayan rəqib yoxdur. Sadəcə istək lazımdır. Düzdür, qələbə qazanmasaq da, bir xal əldə etdik. Ağır oyun keçdi. Bundan da yaxşı nəticə ola bilərdi. Sadəcə özümüzə güvəni artırmaq lazımdır. İnanıram ki, gələcək oyunlarda daha yaxşısını edərək yüksək nəticələr qazanacağıq. Bir xal bizə kifayət deyil. İnanıram ki, qarşıdakı matçlarda daha yaxşı oyunlarımızı keçirərək qələbələr qazanacağıq”.

Qeyd edək ki, Azərbayycan – Ukrayna görüşü 1:1 hesabı ilə bitib.

Chosen
51
2
teleqraf.com

6Sources