Bakıda yük maşını 5 avtomobili əzərək hadisə yerindən qaçıb.
KONKRET.az xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib.
Belə ki, 77 GR 125 qeydiyyat nişanlı “İsuzu” markalı avtomobilin sürücüsü qəza törədərək hadisə yerindən yayınmağa çalışıb.
Məlumata görə, sürücü ümumilikdə 5 avtomobilə maddi ziyan vurub.