EN

Tramp: Qətərə hücumla bağlı qərarı mən yox, Netanyahu verib

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

ABŞ prezidenti Donald Tramp İsrailin Qətərdə Həmasa vurduğu zərbəyə cavab verib.

Bizimyol.info xəbər verir ki, bu barədə “Truth Social”da yazan Tramp qeyd edib ki, hücum qərarını Baş nazir Benyamin Netanyahu verib.

"Bu səhər Tramp Administrasiyası ABŞ ordusundan İsrailin Qətərin paytaxtı Doha ərazisində, təəssüf ki, HƏMAS-a hücum etdiyi barədə bildiriş aldı. Qərarı mən yox, baş nazir Netanyahu verdi", - deyə prezident yazıb.

O əlavə olaraq: “Suveren ölkə və ABŞ-ın yaxın müttəfiqi olan, sülhə nail olmaq üçün bizimlə birlikdə böyük səylər göstərən, həmçinin cəsarətlə riskə girən Qətəri birtərəfli qaydada bombalamaq nə İsrailin, nə də Amerikanın məqsədlərinə xidmət etmir. Bununla belə, Qəzza əhalisinin əziyyətindən qazanc əldə edən HƏMAS-ın məhv edilməsi layiqli məqsəddir”, - deyə qeyd edib.

“Mən bütün girovların azad edilməsini və ölənlərin cəsədlərinin ölkələrinə təhvil verilməsi və bu müharibənin dərhal bitməsini istəyirəm! Hücumdan sonra baş nazir Netanyahu ilə də danışdım. Baş nazir mənə dedi ki, barışmaq istəyir. İnanıram ki, bu xoşagəlməz hadisə SÜLH üçün bir fürsət ola bilər. Mən Qətərin əmiri və baş naziri ilə də danışdım və onlara ölkəmizə göstərdikləri dəstəyə və dostluğa görə təşəkkür etdim. Mən onları əmin etdim ki, onların torpaqlarında bir daha belə hal baş verməyəcək!” – deyə prezident bildirib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
35
bizimyol.info

1Sources