Bakı, 10 sentyabr, AZƏRTAC
Litva NATO və ABŞ-ın Ukraynaya dəstək təşəbbüsü olan PURL (Ukraynanın prioritet ehtiyacları siyahısı) layihəsinə 30 milyon dollar yönəldəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“2025-ci ildə Ukraynaya planlaşdırılan dəstəyə əlavə olaraq, Litva bu il ABŞ və NATO tərəfindən Ukraynaya hərbi texnikanın tədarükünü maliyyələşdirmək üçün işlənib hazırlanmış PURL layihəsinə 30 milyon dollara qədər vəsait ayıracaq”, - deyə məlumatda qeyd olunur.
Nazirlikdən əlavə ediblər ki, Litva gələn il Kiyevə “Patriot” tədarükü üçün də 30 milyon avro ayırmağı planlaşdırır.