EN

ASCO: Kəlbəcər tankeri ilə indiyədək 385 min tona yaxın yük daşınıb

ain.az bildirir, Missiya.az saytına əsaslanaraq.

 "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO)  "Kəlbəcər" tankeri ilə indiyədək 385 min tona yaxın yük daşınıb.

Missiya.Az ASCO-ya istinadən xəbər verir ki, "Kəlbəcər" tankerinin istismara verildiyi 4 il ərzində bu gəmi ilə müxtəlif limanlara ümumilikdə 61 səfər həyata keçirilib. Bu səfərlər çərçivəsində tankerlə 384,443 ton neft və neft məhsulu daşınıb.

Hazırda xarici sularda üzən "Kəlbəcər" gəmisinin yükgötürmə qabiliyyəti 7 800 ton, uzunluğu 141, eni 16,9 metrdir.

Xatırladaq ki, "Kəlbəcər" tankerinin istismara verilməsindən 4 il ötür. ASCO-nun sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda (BGZ) inşa olunan "Kəlbəcər" 10 sentyabr 2021-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə istismara verilib.

Əlavə edək ki, ümumilikdə indiyədək BGZ-də ASCO üçün dörd tanker tikilib və təhvil verilib, daha üç tankerin inşası isə hazırda davam etdirilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
6
6
missiya.az

9Sources