EN

Dövlət sərhədini pozan şəxs saxlanıldı

Sentyabrın 8-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması əlamətləri aşkar edilib.Bu barədə Metbuat.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. Həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində dövlət sərhədini pozan İraq Respublikası vətəndaşı – 2006-ci il təvəllüdlü Gburi Ameer Wisman saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Chosen
8
22
metbuat.az

10Sources