EN

"Xızı-Abşeron" külək elektrik stansiyası ilin sonunadək istismara veriləcək

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Xızı-Abşeron" külək elektrik stansiyasının bu ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır.
Bu barədə Oxu.Az-a "ACWA Power" şirkətindən məlumat verilib.
Bildirilib ki, layihə çərçivəsində hazırda Qobustanda 12 külək turbininin quraşdırılması tamamlanıb və onlar test rejimində fəaliyyət göstərir:
"Artıq pərlər işə salınıb. Xızı rayonu üzrə isə 18 turbin quraşdırılıb. Onların bir hissəsi oktyabrın sonuna yaxın test rejimində işləməyə başlayacaq".
Məlumatda, həmçinin qeyd olunub ki, ümumilikdə "Xızı-Abşeron" külək elektrik stansiyası bu ilin dekabrında istismara veriləcək.
Məhərrəm Əliyev
Chosen
3
1
oxu.az

2Sources