EN

Nevada Universitetinin professoru: "Xəzər dənizinin suyu azalır, birgə əməkdaşlıq lazımdır"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"İlk növbədə qeyd edim ki, Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı - "Baku Water Week" (Bakı Su Həftəsi) çox yaxşı təşkil olunub. Müzakirə ediləcək mövzular kifayət qədər maraqlıdır. Son bir neçə gündə gənclər üçün təqdim olunan mövzular da çox faydalı və maraqlı oldu".
Bu fikirləri Oxu.Az-a açıqlamasənda Nevada Universitetinin professoru David Kreamer bildirib.
O qeyd edib ki, Xəzər dənizi müəyyən çətinliklərlə üzləşib, suyu azalır:
"Bu məsələ ilə bağlı birgə əməkdaşlıq önəmlidir. Bu, təkcə yerüstü sulara deyil, həm də yeraltı sulara aiddir. Bəzi kənd təsərrüfatı sahələrində damcılı suvarma və suya qənaət texnologiyaları kifayət qədər baha başa gəlir. Amma düşünürəm ki, gələcəkdə kənd təsərrüfatında suya qənaət üsullarının daha geniş tətbiqini görəcəyik.
Dünyanın bir çox yerlərində suya qənaət üsulları tətbiq olunub. Çirkab suların təkrar istifadəsi, suyun duzsuzlaşdırılması kimi metodlarla su ehtiyatlarını artırmaq mümkündür".
Məhərrəm Əliyev
Chosen
57
oxu.az

1Sources