EN

Övladlarını öldürüb, 4 il çamadanda gizlətdi Səbəbi isə... (FOTO)

Unikal.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Yeni Zelandiyada qan donduran hadisə baş verib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hərraca çıxarılacaq çamadanda iki azyaşlıya məxsus meyit aşkarlanıb. Məlumata görə, meyitlər 4 il əvvəl öldüyü müəyyən edilən Yuna və Minoya məxsusdur. 

Belə ki, uşaqlar doğma anaları tərəfindən öldürülüblər. Polis qısa zamanda qadını saxlayıb. O, məhkəmə qarşısına çıxarılıb və cinayəti etiraf edib. Məlum olub ki, Hakyunq Li ərini itirdikdən sonra intihar etmək qərarına gəlib, o uşaqlara yüksək dozada antidepresan verib: 

"Həyat yoldaşım xərçəngdən vəfat edəndə intihar etmək üçün uşaqlara da həblər verdim. Mənim dozam az olduğu üçün ölmədim. Özümə gələndə uşaqlar çoxdan ölmüşdülər. Qorxumdan meyitləri gizlətdim",- deyərək özünü müdafiə edib.

Məlum olub ki, Li uşaqlarının ölümündən sonra ərinin sığorta pulu ilə plastik əməliyyat etdirib və dəbdəbəli həyat sürüb.

 Məhkəmə prosesi davam edir.

Seymur Əli 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
11
1
unikal.az

2Sources