EN

Sibiqa NATO ya çağırış etdi: Rusiyanın raket və dronları Ukrayna üzərindəcə vurulsun

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Polşa ərazisinə dron hücumundan sonra Qərbi kollektiv təhlükəsizlik naminə qərar qəbul etməyə və qonşu ölkələrin hava hücumundan müdafiə vasitələrindən istifadə edərək hədəfləri hələ Ukrayna hava məkanında vurmağa çağırıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Sibiqa "X” sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, rus pilotsuz aparatlarının Polşaya daxil olması NATO sərhədlərinə yaxınlaşan dron və raketləri Ukrayna hava məkanında vurmaq üçün qonşu ölkələrin hava hücumundan müdafiə imkanlarının istifadəsinə icazə verən qərarın qəbul edilməsinin vacibliyini göstərir.

"Ukrayna artıq uzun müddətdir ki, belə addım təklif edir. Bunu kollektiv təhlükəsizlik naminə etmək lazımdır”, – Sibiqa vurğulayıb.

O həmçinin tərəfdaşları Ukraynanın hava hücumundan müdafiəsini təcili şəkildə gücləndirməyə çağırıb ki, ölkə artan sayda Rusiya dronları və raketlərindən daha yaxşı qoruya bilsin.

Sibiqa bildirib ki, bu insidentə zəif reaksiya Rusiyanı daha da təxribatlara sövq edəcək.

Xatırladaq ki, sentyabrın 10-na keçən gecə Polşa Ukraynaya qarşı kütləvi hücum zamanı rus PUA-larının ölkənin hava məkanını pozduğunu təsdiqləyib və onları ilk dəfə vurub. Ordu Mazovetsk, Podlyask və Lyublin vilayətlərində vətəndaşları artan təhlükə barədə xəbərdar edib.

Sonradan bir neçə pilotsuz aparatın vurulduğu təsdiqlənib və izah olunub ki, belə misilsiz qərar təcavüz aktı və vətəndaşların təhlükəsizliyinə təhdid səbəbilə qəbul edilib. Vurulan dronların sayı açıqlanmayıb. 

Polşanın baş naziri Donald Tusk ölkəsinin hava məkanının Rusiya dronları tərəfindən misilsiz şəkildə pozulması barədə NATO-ya məlumat verib.

Baş verənlərlə bağlı Varşava və Jeşuv da daxil olmaqla dörd hava limanının işi dayandırılıb.

Alpər

Russian drones flying into Poland during the massive attack on Ukraine show that Putin’s sense of impunity keeps growing because he was not properly punished for his previous crimes.Putin just keeps escalating, expanding his war, and testing the West. The longer he faces no…

— Andrii Sybiha ?? (@andrii_sybiha) September 10, 2025

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
35
qaynarinfo.az

1Sources