EN

Litva Ukraynaya hərbi yardım edəcək

Litva NATO və ABŞ-ın Ukraynaya dəstək təşəbbüsü olan PURL (Ukraynanın prioritet ehtiyacları siyahısı) layihəsinə 30 milyon dollar yönəldəcək.

"Cebheinfo.az" AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“2025-ci ildə Ukraynaya planlaşdırılan dəstəyə əlavə olaraq, Litva bu il ABŞ və NATO tərəfindən Ukraynaya hərbi texnikanın tədarükünü maliyyələşdirmək üçün işlənib hazırlanmış PURL layihəsinə 30 milyon dollara qədər vəsait ayıracaq”, - deyə məlumatda qeyd olunur.

Nazirlikdən əlavə ediblər ki, Litva gələn il Kiyevə “Patriot” tədarükü üçün də 30 milyon avro ayırmağı planlaşdırır.

"Cebheinfo.az" 

Chosen
4
5
cebheinfo.az

6Sources