Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, quruma şadlıq sarayları ilə bağlı şikayətlər mütəmadi daxil olur. Onun sözlərinə görə, menyunun dəyişdirilməsinə, süfrədəki yeməklərin yerinin dəyişdirilməsinə belə icazə verilmir və bu, sanki məclisin tez başa çatdırılması üçün qurulmuş “alqoritm”dir.
E.Hüseynov qeyd edib ki, süfrədə qalan yeməklər sonradan başqa məclislərdə istifadə olunur, istehlakçı hüquqları pozulur, yüksək məbləğlər qarşılığında kassa çeki verilmir:
"Kütləvi zəhərlənmə hallarında cavabdehlik daşıyan olmur, AQTA isə bu sahəyə nəzarət edə bilmir. Hesab edirəm ki, şadlıq sarayları ilə məclis sahibləri arasında müqavilə imzalanmasına dair Nazirlər Kabinetinin qərarı olmalıdır."
Pərvanə Fərhadqızı