EN

Nepalın prezidenti də istefa verib? VİDEO

Azvision saytına istinadən ain.az xəbər verir.

AzVision.az xəbər verir ki, “India Today” nəşri belə məlumat yayıb. “Baş nazir Şarm Oli istefa verdikdən sonra prezident Çandra Pautel də vəzifəsindən gedib”, - qəzet yazır. Lakin bu xəbər hələlik rəsmi şəkildə təsdiqlənməyib.Bu arada, “Khabarhub” portalı yaranmış xaosdan istifadə edən ən azı 1500 məhbusun Lalitpur şəhəirndəki həbsxanasından qaçdığını bildirib. - Lalitpurdakı “Nakhu” həbsxanasının bütün məhbusları oranı tərk ediblər. Hadisədən əvvəl bu həbsxanada ən azı 1500 məhbus yerləşdirilib”, - portal qeyd edir.

Nepalda hökumət böhranı yaşanır | VİDEO

Mənbələrin dediyinə görə, təhlükəsizlik postlarını tərk edən polis əməkdaşları məhbusların həbsxanadan çıxmasına icazə veriblər ki, bu da ərazidə təhlükəsizlik risklərinin artması ilə bağlı narahatlıq doğurub. Nümayişçilər ölkənin gələcəyinin indi “Gen Zers” hərəkatına məxsus olduğunu, hakimiyyətin istefasının isə “yeni siyasi həll” üçün şərait yaratdığını iddia edirlər. “Bu ölkə bizim rəhbərliyimiz altına keçib. İctimai əmlaka heç bir ziyan dəyməyib. Gəlin səbirlə irəli gedək. Bizim minimum mövqeyimiz ondan ibarətdir ki, hamı tərəfindən tanınmış bir şəxsin rəhbərlik etdiyi mülki hökumət formalaşdırılsın və yeni seçkilər keçirilsin. Bunun vasitəsilə biz özümüz üçün təhlükəsiz gələcəyi olan Nepal yarada bilərik”, - etirazçıların bəyanatında vurğulanır. Xatırladaq ki, keçən həftənin sonunda Nepal hakimiyyəti müəyyən olunmuş müddətdə Rabitə və İnformasiya Texnologiyaları nazirliyində qeydiyyatdan keçməyən bir sıra əsas sosial media saytlarının fəaliyyətinə qadağa qoyub. Bu, ölkədə gənclərin kütləvi etirazlarına səbəb olub və mediada bu etirazlar “Z nəsil inqilabı” adlandırılıb. Polislə toqquşmalarda 22 etirazçı ölüb, yüzlərlə insan yaralanıb. Hökumət daha sonra Nepalda sosial şəbəkələrə qoyulan qadağanı aradan qaldırmaq qərarına gəlsə də, etirazlar səngiməyib. Bu reallıqlar fonunda əvvəlcə baş nazir, sonra isə prezident istefa vermək məcburiyyətində qalıblar. Sahil İsgəndərov

AzVision.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
27
3
azvision.az

4Sources