Azərbaycan 1-ci liqasında çıxış edən “Mingəçevir”in adı və loqosu dəyişib.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisinin yeni adı “ASTA Mingəçevir” olacaq.

Qeyd edək ki, sentyabrın 12-də "ASTA Mingəçevir"  "Səbail"lə qarşılaşacaq.