EN

Vergi ödəyicilərinin sayı 4,8 faiz artıb

2025-ci ilin sentyabr ayının 1-nə respublika üzrə uçotda olan 1.645.546 vergi ödəyicisinin 86,9 faizi fiziki şəxs, 13,1 faizi hüquqi şəxs və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 4,8 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,4 faiz,hüquqi şəxslərin sayı 7,3 faiz artıb.

Sentyabr ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz artaraq 199.530 vahid təşkil edib. 2025-ci ilin yanvar-avqust aylarında 9.419 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bunun da 88,7 faizi yerli investisiyalı, 11,3 faizi xarici investisiyalıdır.

Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,9 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,1 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb.

Kommersiya qurumlarının 84,8 faizi elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 96,2 faiz təşkil edib.

Chosen
16
13
vergiler.az

10Sources