EN

Apple şirkətin tarixində ən nazik smartfon iPhone Air-i təqdim etdi

Apple şirkəti yeni məhsullarının illik təqdimatını keçirdi. Onlardan ən çox gözlənilən iPhone Air smartfonu olub. Onun titandan hazırlanmış korpusunun qalınlığı cəmi 5,6 millimetrdir. Şirkət iPhone Air-i bütün smartfonlar arasında ən naziki elan edib.

Apple həmçinin iPhone 17 xəttindən smartfonlar təqdim edib. Əsas model böyüdülmüş ekran aldı, Pro modeli isə bütün Apple smartfonları arasında ən tutumlu batareyaya malik oldu. Bundan əlavə, Pro və Pro Max modellərində batareyanın ömrünü uzadan yeni soyutma sistemi var.

ABŞ-da yeni iPhone-ların qiymətləri 799 dollardan ( 1358 manat-red.), iPhone Air isə 999 dollardan ( 1698 manat-red.) başlayacaq.

Təqdimatda həmçinin üç yeni Apple Watch ağıllı saat modeli (qiyməti 249 dollardan başlayaraq-423 manat) və "dünyanın ən yaxşı səsboğucu sistemi" və canlı tərcümə funksiyası olan AirPods Pro 3 qulaqlıqları (qiyməti 250 dollardan başlayaraq- 425 manat) təqdim olunub.

Almaz Həsənli

Chosen
25
oxumeni.az

1Sources