Polşa artan Rusiya təhlükəsi fonunda ordusunu gücləndirmək məqsədilə Avropa Birliyindən rekord məbləğdə maliyyə yardımı alacaq.
Axar.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri və Baş nazirin müavini Vladislav Kosinyak-Kamyş məlumat yayıb.
O bildirib ki, AB-nin müdafiə imkanlarını artırmaq üçün başladığı proqram çərçivəsində Polşaya 43,7 milyard avro (51,3 milyard dollar) ayrılacaq:
“Bu qərar Polşa üçün böyük uğurdur və müdafiə sənayemizin təhlükəsizliyinə və inkişafına gələcək sərmayələrin təminatıdır”.