Olaylar.az xəbər verir ki, bu barədə "Türkiyə" qəzeti hərəkatın nümayəndələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, İsrail Hərbi Hava Qüvvələri son 24 saat ərzində Tunis sahillərində humanitar donanmaya, Suriyanın Latakiya və Tartus şəhərlərinə, eləcə də Livandakı bir sıra hədəflərə zərbələr endirib.
Növbəti hücum planı isə Dohada ABŞ-ın vasitəçiliyi ilə aparılan danışıqlarda iştirak edən HƏMAS nümayəndələrinə yönəlib.
MİT-in xəbərdarlığından sonra Qətərdə təhlükəsizlik tədbirləri gücləndirilib.
Lakin bütün səylərə baxmayaraq, hərəkatın bir neçə üzvü, o cümlədən HƏMAS liderlərindən birinin Qəzzadakı ofisinin rəhbəri Cihad Labed İsrailin hücumları nəticəsində öldürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31