EN

Şəhidimiz Sərraf İmaməliyevin doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin leytenantı olan Sərraf Murtuzəli oğlu İmaməliyev 1996-cı il sentyabrın 10-da Qusar rayonunun Əniq kəndində anadan olub.

QHT.az xəbər verir ki, 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. O, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və noyabrın 7-də Şuşanın azad edilməsi zamanı qəhrəmancasına şəhid olub.

Sərraf İmaməliyev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", "Füzulinin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhu şad olsun!

Chosen
52
qht.az

1Sources