EN

ABŞ-də Trampın siyasətinə qarşı kütləvi etiraz aksiyaları keçiriləcək

Oktyabrın 18-də ölkə boyu ABŞ prezidenti Donald Trampın siyasətinə qarşı nümayişlər keçiriləcək.

Bakıvaxtı.az "USA Today"ə istinadən xəbər verir ki, bu barədə "No Kings" aksiyasının təşkilatçıları məlumat yayıb.

Məlumata görə, aksiyada  ən azı 5 milyon insanın iştirakı gözlənilir. 

“Oktyabrın 18-də milyonlarla insan yenidən dünyaya nümayiş etdirəcək ki, Amerikanın kralları yoxdur, hakimiyyət xalqındır”, - aksiya təşkilatçıları vurğulayıb.

Qeyd edək ki, "No Kings" kütləvi etirazları ilk dəfə ABŞ-də iyunun 14-də, Trampın ad günündə və Vaşinqtonda hərbi paradın keçirildiyi gün baş tutub. Amerika şəhərlərində ən azı 2100 nümayiş keçirilib. 

Gülşən Şərif

Chosen
19
bakivaxti.az

1Sources