EN

Kayrat Sarıbay Bakıda AQEM sammitinin keçiriləcəyi tarixi açıqlayıb

Bakı. Trend:

AQEM sammitinin 2026-cı ilin oktyabr ayında Bakıda keçirilməsiplanlaşdırılır.

Trend xəbər verirki, bunu AQEM baş katibi Kayrat Sarıbay “İnkişaf və təhlükəsizliyinrezonansı: AQEM-in institusional transformasiyasında regionaləməkdaşlıq və idarəetmə” adı altında keçirilən AQEM-in BeyinMərkəzləri Forumunun 13-cü sessiyasının bağlanış mərasimindəbildirib.

"Artıq Şanxay Beynəlxalq Tədqiqatlar İnstitutu (SIIS) ilə2026-cı ilin oktyabrında Bakıda keçiriləcək növbəti sammitçərçivəsində həllini tapmamış məsələlərin, o cümlədən, mümküntransformasiya ideyalarının müzakirəsi məqsədilə növbəti görüşüntəşkili barədə qeyri-rəsmi məsləhətləşmələr aparılıb", - deyə oqeyd edib.

Baş katib vurğulayıb ki, 9–10 sentyabr tarixlərində keçirilmişmüzakirələr, AQEM-in tamhüquqlu beynəlxalq təşkilata çevrilməsinininklüziv idarəetmə, etimad tədbirlərinin gücləndirilməsi və bizimrəngarəng Asiya regionumuz üçün ümumi rifah strategiyasınınhazırlanmasına əsaslana biləcəyi barədə kollektiv təsəvvürüəhəmiyyətli dərəcədə zənginləşdirib.

Həmçinin, Kayrat Sarıbay Bakıda 2026-cı ildə təşkilatınnizamnaməsinin qəbul olunmasının planlaşdırıldığını xatırladıb.

Məqalədə:
Chosen
8
az.trend.az

1Sources