Rusiya bazarlarında Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Alyaska sammiti ilə əlaqdədar şəkilləri olan suvenir pullar peyda olub.
Herbiand.az bu barədə RİA Novosti-yə istinadən bildirir.
Suvenir sikkə 27 millimetrlik saxlama kapsulunda satılır.
Satıcılar qeyd edirlər ki, qravirovka orijinal 25 rublluq sikkə üzərində işlənib. Eyni zamanda, fotoşəkilə görə sikkənin üz tərəfi dəyişməz qalıb - orada Rusiyanın gerbinin təsviri, nominal və buraxılış ili var. Arxa tərəfdə Rusiya və ABŞ liderlərinin portretləri, Alyaska yazısı və sammitin keçirildiyi 2025-ci il həkk olunub.
Sikkələr məhdud tirajla hazırlanıb və ödəniş vasitəsi deyil. Belə bir sikkənin qiyməti bazardan asılı olaraq 300 ilə 600 rubl arasında dəyişir.
Bəxtiyar CƏFƏRLİ