EN

AFFA nümayəndəsinə UEFA-dan təyinat

AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva UEFA-dan təyinat alıb.Metbuat.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, O, qadınlar arasında UEFA Avropa Kubokunun I təsnifat mərhələsi çərçivəsində sentyabrın 11-də keçiriləcək “Ayaks” (Niderland) – “Şturm” (Avstriya) oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma Niderlandın Duivendrext şəhərində yerləşən “De Toekomst” stadionda baş tutacaq.

Chosen
35
20
metbuat.az

10Sources