EN

İspaniyadan israilli nazirlərə giriş qadağası

ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

İspaniya hökuməti İsrailin milli təhlükəsizlik naziri İtamar Ben Qvir və maliyyə naziri Bezalel Smotriçin ölkəyə girişini qadağan edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İspaniyanın xarici işlər naziri Xose Manuel Albares deyib.

İsrailli nazirlərə qadağa İspaniyanın İsrailə qarşı silah embarqosu da daxil olmaqla doqquz maddədən ibarət sanksiyalar tətbiq etməsindən sonra açıqlanıb.

Albares bildirib ki, Ben Qvir və Smotriçin İspaniya ərazisinə girişinə icazə verilməyəcək.

Həmçinin qeyd olunub ki, israilli nazirlərin adları Avropanın 27 ölkəsinə səyahətə icazə verən Şengen İnformasiya Sisteminə daxil ediləcək.

İsgəndər Həsənov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
20
525.az

1Sources