EN

Yaşar Seyidov: “Bu nəticədən hamı dərs götürməlidir”

futbolpress-az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində ilk xalını qazanıb. Yığma Ayxan Abbasovun rəhbərliyi altında Ukrayna seçməsi ilə heç-heçə edib – 1:1.

AFFA İcraiyyə Komitəsinin keçmiş üzvü Yaşar Seyidov “Futbolpress.az“a açıqlamasında nəticəni dəyərləndirdi:

“Millinin xarakter göstərərək və sona qədər mübarizə apararaq xal alması sevindiricidir. Meydanda hamı istəkli idi, Abbasov və futbolçular xarakter nümayiş etdirdilər və ona görə bir xal qazanıldı. Azərbaycan futbolunun inkişafına məsuliyyəti olan şəxslər bu heç-heçədədn sonra düşünməlidirlər. Millidə yerli, işini bilən mütəxəssisə şans vermək lazımdır. Fernandu Santuşa verilən pulları infrastruktura yönəldib, yüzlərlə oyunçunu ölkə futboluna qazandıra bilərdik. Bu nəticədən hamı dərs götürməlidir”.

Seyidov bir oyunluq komandaya baş məşqçi təyin edilən Ayxan Abbasova növbəti matçlarda da şans verilməsinin tərəfdarı olduğunu bildirdi:

“Hər halda, növbəti oyunlarda da ona şans verilməlidir. Ancaq bu heç-heçə bizi aldatmamalıdır. Bir xala sevinməməliyik, qələbələr lazımdır. Dövlətin futbola verdiyi dəyərin qarşılığı yalnız qələbə ilə olmalıdır”.

Seyidov ölkə futbolunun bu vəziyyətdən çıxması yollarına toxundu:

“Azərbaycan futbolunun acınacaqlı durumdan çıxması üçün AFFA, nazirlik, veteran futbolçular birlikdə strategiyanın həyata keçirilməsi üçün proqram həyata keçirməlidir. Təsadüfi nəticələrə aldanmayaq. Unutqan olmayaq, bundan sonranı düşünmək lazımdır. Nə qədər ki, Avropanın aparıcı klublarına düşə biləcək futbolçular hazırlamayacağıq, akademiyalarımız olmayacaq, ancaq belə təsadüfi heç-heçələrə, qələbələrə sevinəcəyik”.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
2
futbolpress.az

1Sources