EN

DÇ-2026: Cənubi Amerika üzrə seçmə mərhələ yekunlaşdı

2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının (DÇ-2026) Cənubi Amerika üzrə seçmə mərhələsinə yekun vurulub.

Arena.az xəbər verir ki, bu gün sonuncu – 18-ci turun görüşləri baş tutub.

Turun bütün görüşləri eyni günə təsadüf edib.

Lider Argentina millisi səfərdə Ekvador yığmasına məğlub olub. Beşqat dünya çempionu Braziliya millisi də Boliviya ilə görüşdə oxşar hesabla (0:1) uduzub. Çili – Uruqvay matçı qolsuz bitibsə, 9 qolun qeydə alındığı Venesuela – Kolumbiya görüşündə qonaqlar darmadağına seviniblər. Paraqvay da səfərdə Perunu minimal hesabla üstələyib.

Qeyd edək ki, DÇ-2026-nın Cənubi Amerika üzrə seçmə mərhələsində 10 komanda iştirak edirdi. Birinci-altıncı yerləri tutmuş yığmalar (Argentina, Ekvador, Kolumbiya, Uruqvay, Braziliya, Paraqvay) birbaşa final mərhələsinə vəsiqə qazanıblar. Yeddinci yerdə qərarlaşmış Boliviya yığması isə qitələrarası pley-offda çıxış edəcək. Burada həmçinin KONKAKAF zonasından iki, Asiya, Afrika və Okeaniyadan isə bir komanda iştirak edəcək. Onlar dünya çempionatına son iki vəsiqənin sahibini müəyyənləşdirəcəklər.

Dünya çempionatı 2026-cı ildə ABŞ, Meksika və Kanadada keçiriləcək. Tarixdə ilk dəfə olaraq DÇ-də 48 komanda çıxış edəcək.

DÇ-2026-nın seçmə mərhələsi
18-ci tur
10 sentyabr

Ekvador – Argentina 1:0
Qol: E.Valensiya, 45+13-pen.

Boliviya – Braziliya 1:0
Qol: Migelito, 45+4-pen.

Çili – Uruqvay 0:0

Peru – Paraqvay 0:1
Qol: M.Qalarsa, 78.

Venesuela – Kolumbiya 3:6
Qollar: Seqoviya, 3. X.Martines, 12. S.Rondon, 76 – Y.Mina, 10. L.Suares, 42; 50; 59; 67. X.Kordoba, 78.

Xallar: Argentina – 38. Ekvador – 29. Kolumbiya – 28. Uruqvay – 28. Braziliya – 28. Paraqvay – 28. Boliviya – 20. Venesuela – 18. Peru – 12. Çili – 11.

error: Məzmun qorunur!
Chosen
15
2
arena.az

10Sources