EN

Azərbaycan millisinin növbəti oyunlardakı qələbə və heç heçə şansları açıqlanıb

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan milli futbol komandasının qarşıdakı oyunları üzrə qələbə və heç-heçə ehtimalları bəlli olub.

Oxu.Az "Football Meets Data" statistika platformasına istinadən xəbər verir ki, Fransaya qarşı oktyabrın 10-da baş tutacaq görüşdə millimizin qələbə şansı 0 faiz olaraq qiymətləndirilir. Heç-heçə ehtimalı isə cəmi 1 faiz təşkil edir.

Oktyabrın 13-də keçiriləcək Ukrayna - Azərbaycan matçında komandamızın qalib gəlmə ehtimalı 2 faiz, heç-heçə şansı isə 6 faizdir.

Noyabrın 13-də keçiriləcək Azərbaycan - İslandiya qarşılaşmasında isə millimizin qələbə şansı 29 faiz, heç-heçə ehtimalı 26 faiz olaraq dəyərləndirilib.

Nəhayət, noyabrın 16-da baş tutacaq Azərbaycan - Fransa oyununda komandamızın qələbə şansı 3 faiz, heç-heçə ehtimalı isə 9 faiz olaraq göstərilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
73
oxu.az

1Sources