BAKI, 10 sentyabr. TELEQRAF
Qırğızıstandan Özbəkistana qanunsuz gətirilən ümumi dəyəri 5,7 milyard som olan qızıl-zinət əşyaları Dövlət Təhlükəsizliyi Xidmətinin Fərqanə vilayəti üzrə şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı ələ keçirilib.
Teleqraf xəbər verir ki, əməliyyat gömrük qurumları ilə birgə baş tutub.
Qızıl-zinət əşyalarının ümumi çəkisi 5 kq 706 qram, ümumi dəyəri isə ilkin hesablamalara görə, 5 milyard 746 milyon som təşkil edir.
Hazırda bununla əlaqədar saxlanılan şəxslər barəsində ibtidai istintaq tədbirləri davam etdirilir, onların qanunsuz fəaliyyətlərinin və maliyyə maraqlarının müəyyən edilməsi istiqamətində işlər aparılır.