EN

Müğənnini 4 ildir təqib edən şəxs saxlanıldı

ain.az, Olay.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müğənnini 4 ildir təqib edən şəxs saxlanıldı

Müğənni Ece Seçkin uzun müddətdir təqib və ölüm təhdidlərinə məruz qaldığını açıqlayıb.

OLAY yazır ki, ifaçı bu barədə instaqramda məlumat yayıb. Seçkin 4 ildir özünü və ailəsini izləyən, dəfələrlə uzaqlaşdırma qərarı verilməsinə baxmayaraq onu rahat buraxmayan şəxsdən şikayətçi olub. O, bu gecə polis tərəfindən saxlanılıb. 

Sənətçi həmin şəxs sərbəst buraxılsa, özünün və digər vətəndaşların təhlükədə olacağını vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
7
1
olay.az

2Sources