EN

Azərbaycanda 2040-cı ilədək 13 su anbarının tikintisi başa çatdırılacaq

Bakı. Trend:

2025-2027-ci illərdə 4, 2027-2030-cu illərdə 9, 2030-2040-cıillərdə isə 13 su anbarının tikintisinin tamamlanmasıplanlaşdırılır.

Bu barədə Trend Bakıda keçirilən 2-ci Beynəlxalq Su TəsərrüfatıSərgi və Konfransının - “Baku Water Week”in (Bakı Su Həftəsi)açılışı çərçivəsində məlumat əldə edib.

Məlumata əsasən, bu ilin sonunadək sel və daşqın təhlükəsi olançayların və riskli ərazilərin müəyyən edilməsi vəxərtiələşdirilməsi işləri aparılacaq. Eyni zamanda 2026-cı il üzrəriskli ərazilər üzrə sahilqoruyucu mühafizə bəndələrinin inşası,2027-ci ildə isə riskli ərazilər üzrə sel və daşqın hadisələrinintəsirlərinin azaldılması ilə bağlı zəruri tədbirlərin görülməsiplanlaşdırılır.

Məqalədə:
Chosen
70
az.trend.az

1Sources