EN

Sabah BİRKART BOKT ın 2 milyon manatlıq istiqrazları yerləşdiriləcək

ain.az, Marja.az saytına istinadən bildirir.

7 avqust 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "BİRKART BOKT" MMC-nin 2 milyon manatlıq istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan qiymətli kağızların abunə yazılışı 11.08.2025-ci il tarixində başlayıb, 09.09.2025-ci il tarixində bitəcəkdir.

AZ2001027732 İSİN kodlu istiqrazların yerləşdirilməsi 11 sentyabr 2025-ci il tarixində həyata keçiriləcəkdir.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı:  "BİRKART BOKT" MMC

Dövlət qeydiyyat nömrəsi – İSİN:  AZ2001027732

İstiqrazın növü və forması:  Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz

Ticarət üsulu / forması:  Kütləvi / Abunə Yazılışı

İstiqrazların sayı:  20 000 (ədəd)

İlkin ticarət qiyməti:  100 manat

İstiqrazların buraxılış həcmi:  2 000 000 manat

İllik gəlirlilik faizi:  11.5%

Ödəmə periodu:  Buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 1 (bir) il müddətində, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürülməklə hər 30 (otuz) təqvim gününün başa çatması tarixindən növbəti 3 (üç) iş günündən gec olmayaraq ödənilir.

Tədavül müddəti:  12 ay

Ticarətə buraxılma tarixi:  11.09.2025

Anderrayter:   “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
14
2
marja.az

3Sources