EN

Azərbaycanlı futbolçu Xorvatiyada ilk qolunu vurdu

Xorvatiya kubokunda 2-ci raundun oyunları keçirilib.

Operativ Media xəbər verir ki, azərbaycanlı futbolçu Rüfət Abdullazadənin komandası “Varajdin” də bu turnirdə növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə qarşılaşdığı “Qay” komandasını 7:1 hesabıyla məğlub edərək mərhələ adlayıb. Rüfət start heyətdə başladığı matçın 66-cı dəqiqəsində əvəzlənib. Komandasının ilk qolunu da 12-ci dəqiqədə Rüfət vurub.

Qeyd edək ki, bu, Abdullazadənin “Varajdin”də vurduğu ilk qoldur.

Chosen
27
1
operativmedia.az

2Sources