EN

Pərvin Piriyevə vəzifə verildi

Azərbaycan Güləş Federasiyasında baş katib vəzifəsinə yeni təyinat olub.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, federasiyanın yeni baş katibi Pərvin Piriyev olacaq. Pərvin Piriyev 1992-ci ildə Bakı şəhərində anadan olub.
 

2009-2013-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində biznesin idarə edilməsi ixtisası üzrə təhsil alıb.


Müxtəlif illərdə Azərbaycan Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Qılıncoynatma Federasiyası və Azərbaycan Badminton Federasiyasında ictimaiyyətlə əlaqələr və marketinq sahəsində çalışıb. Sonrakı fəaliyyətində "Sabah" futbol klubunda əvvəlcə marketinq direktoru, daha sonra isə icraçı direktor vəzifəsində işləyib. O, yerli və beynəlxalq idman layihələrinin təşkili sahəsində 10 ilə yaxın təcrübəyə malikdir.

Bizim.Media

Chosen
36
8
bizim.media

10Sources