EN

Millət vəkili Məşhur Məmmədov Masallıda vətəndaşların növbəti qəbulunu keçirib -Fotolar



Bu gün Masallıda, Yeni Azərbaycan Partiyasının inzibati binasında millət vəkili Məşhur Məmmədov seçicilərlə görüş keçirib. Tədbirdə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev də iştirak edib.

Azadmedia.az-ın Cənub bürosundan verilən məlumata görə görüşdə ikisi şəhid atası olmaqla 18 nəfər iştirak edib. Millət vəkili Məşhur Məmmədov hər bir vətəndaşın müraciətini fərdi olaraq dinləyib və qaldırılan məsələlərin həlli istiqamətində qeydlər aparıb. Dərs ilinin başlanması ilə bağlı bəzi xahişlər yerində həll olunub, digər müraciətlər isə müvafiq qurumlara göndərilməsi üçün qeydiyyata alınıb.

Seçicilər deputatın timsalında dövlətin hər bir vətəndaşına göstərdiyi diqqət və qayğıdan məmnun olduqlarını bildiriblər. Millət vəkili Məşhur Məmmədov isə açıq dialoqun, vətəndaşların problemlərinin birbaşa dinlənilməsinin fəaliyyətlərinin əsas istiqaməti olduğunu vurğulayıb.



Chosen
20
2
aia.az

3Sources