EN

Mustafa Sandalın məhkəməsinin nəticəsi bəlli oldu FOTO

Milli.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Türkiyəli müğənni Mustafa Sandal prodüser Şahin Özerə məxsus şirkətlərə qarşı məhkəməyə müraciət edərək, "Suç Bende" və "Gölgede Tanı" albomlarından 23 musiqi parçasının rəqəmsal platformalarda icazəsiz istifadə edildiyini iddia edib.

Milli.Az xəbər verir ki, İstanbul Əqli və Sənaye Mülkiyyət Hüquqları Mülki Məhkəməsi iki illik araşdırmadan sonra Sandalın xeyrinə qərar verib.

Məhkəmə Şahin Özerin şirkətlərinin sözügedən musiqi əsərlərini rəqəmsal mediada icazəsiz yaymasına və ictimaiyyətə təqdim etməsinə mane olmağa qərar verib.

Sandalın vəkili Ergin Akçay bildirib ki, sənətçiyə bərpası mümkün olmayan maddi və mənəvi ziyan vurulub və məhkəmə qərarı bu zərərin aradan qaldırılması istiqamətindədir.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
24
2
news.milli.az

3Sources