EN

Avropa İttifaqı İsrailə maliyyə dəstəyini dayandırır

Bakı. Trend:

Avropa Komissiyası İsrailin Qəzza zolağındakı hərəkətləri iləəlaqədar bu ölkəyə göstərilən dəstəyi dayandırır.

Trend xəbərverir ki, bu barədə Komissiyanın Prezidenti Ursula Fon der LyayenStrasburqda Avropa Parlamentindəki “İttifaqın vəziyyəti” adlı illikçıxışında bildirib.

U.Lyayen qeyd edib ki, bu addım İsrailin vətəndaş cəmiyyəti iləəməkdaşlığa və Yad Vashem Holokost Memorialı ilə fəaliyyətə təsiretməyəcək. O, həmçinin, üzv ölkələrə ekstremist nazirlərə və zorakısakinlərə qarşı sanksiyaların tətbiqinin tövsiyə olunmasınınplanlaşdırıldığını və Assosiasiya Sazişində yer alan ticarətrazılaşmalarının müvəqqəti dayandırılmasının təklif ediləcəyiniaçıqlayıb.

Komissiyanın Prezidenti bu tədbirlər üçün əksəriyyətindəstəyinin qazanılmasının çətin olacağını, bəzi ölkələrin buaddımları artıq hesab etdiyini, bəzilərinin isə kifayət qədərolmadığını düşündüyünü deyib. “Lakin Parlament, Şura və Komissiyaolaraq məsuliyyətimizi yerinə yetirməliyik”, - deyə U.Lyayenbildirib.

Avropa Komissiyasının Prezidenti çıxışında dayandırılacaqmaliyyə vəsaitinin məbləği barədə açıqlama verməyib.

Chosen
35
4
az.trend.az

5Sources