EN

Cənubi Koreyada ordu təlimi zamanı partlayış oldu - Çoxlu yaralı var

Cənubi Koreyanın Paju şəhərində artilleriya təlimi zamanı partlayış baş verib.


Manset.az-ın əldə etdiyi məlumata görə, hadisə nəticəsində ən azı 8 əsgərin yaralandığı bildirilib.

Verilən məlumata görə, partlayış səsi effekti yaratmaq üçün istifadə edilən və həqiqi döyüş sursatı olmayan bir güllənin partlaması nəticəsində baş verib.

Hadisə nəticəsində ikisi ağır olmaqla, ən azı səkkiz əsgər yaralanıb. Cənubi Koreya hərbi səlahiyyətliləri, partlayışın səbəblərini araşdırmaq üçün dərhal istintaq başlatdıqlarını açıqlayıb.

Chosen
27
manset.az

1Sources