Azərbaycan yığmasının üzvü Elvin Cəfərquliyev DÇ-2026-nın seçmə mərhələsində Ukrayna 1:1-lik heç-heçədən sonra açıqlama verib.
Redaktor.az xəbər verir ki, “CBC Sport”a danışan futbolçu bu heç-heçəni qələbəyə bərabər adlandırıb:
“Çox yorğunuq. İslandiya səfərindən yorğun qayıtmışdıq və ağır məğlubiyyət alıb üzülmüşdük. Psixoloji baxımdan özümüzü ələ alıb Ukrayna ilə matça hazırlaşmalı idik.Vəziyyətimiz ağır idi. Özümüz də uşaqlarla yığışdıq, danışdıq. Ayxan Abbasova təşəkkür edirik ki, vəziyyəti düzəltmək üçün əlindən gələni etdi. Mənim üçün asan tərəfi odur ki, Ayxan müəllimin rəhbərliyi altında oynamışam. Rəqibin güclü tərəflərini bilirdik və buna uyğun oynayıb nəticə qazandıq”.