Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian bildirib ki, Çin İsrailin Qətərin paytaxtı Dohaya hücumunu kəskin şəkildə pisləyir.
Busaat.az xəbər verir ki, sentyabrın 9-da Qətərin paytaxtında bir neçə partlayış baş verib və buna görə məsuliyyəti İsrail Müdafiə Qüvvələri (IDF) üzərinə götürüb.
“Çin Qətərin paytaxtı Dohaya edilən hücumları qətiyyətlə pisləyir və İsrailin Qətərin ərazi suverenliyini və milli təhlükəsizliyini pozmasına qarşıdır”, – diplomat çərşənbə günü keçirdiyi brifinqdə deyib.
Bundan əvvəl İsrailin Dohaya endirdiyi zərbələri Kanada da pisləyib. Bundan başqa, ABŞ prezidenti Donald Tramp da vəziyyətlə bağlı danışıb. Amerika liderinin sözlərinə görə, o, İsrailin hərəkətlərindən məmnun deyil.
Qətər isə İsrailin zərbələrinə cavab hazırladığını açıqlayıb.
Yeganə