EN

Ötən ay qida məhsullarından ən çox yumurta bahalaşıb

BAKI, 10 sentyabr. TELEQRAF

Ötən ay yumurta əvvəlki ayla müqayisədə 7,1 faiz bahalaşıb.

Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ət və ət məhsullarının qiyməti də artıb. Ət iyul ayına nisbətən 1,7 faiz, qənd, cem, bal və şokoladların qiymətləri 0,6 faiz, kərə və bitki yağları, çay, qəhvə, kakao, eləcə də, mineral sular, sərinləşdirici içkilər və şirələrin qiymətləri 0,4 faiz, süd və süd məhsulları, alkoqollu içkilər 0,3 faiz, balıq və balıq məhsulları 0,2 faiz, çörək və çörək məmulatları isə 0,1 faiz bahalaşıb.

Hesabat ayında ən çox ucuzlaşan məhsullar isə tərəvəz olub. Belə ki, ötən ay gül kələminin, brokkolinin, pomidorun, şirin bibərin, badımcanın, süfrə çuğundurunun, soğanın, kartofun qiymətləri iyul ayı ilə müqayisədə 2,5 faiz ucuzlaşıb. Limon, alma, armud, yemiş, üzüm kimi meyvələrin qiymətləri isə 0,3 faiz ucuzlaşıb.

Qeyd edək ki, ötən ay tütün məmulatlarının qiymətləri dəyişməyərək stabil qalıb.

Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ay ən çox bahalaşma yumurtanın qiymətində qeydə alınıb. Belə ki, qiymətlər

Chosen
94
4
teleqraf.com

5Sources