EN

“Bu addımla Azərbaycanın Körfəz regionunda diplomatik şəbəkəsi genişlənəcək”

ain.az bildirir, Qafqazinfo portalına istinadən.

“Bəhreyndə Azərbaycan Səfirliyinin açılması mühüm əhəmiyyət daşıyır”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Elçin Mirzəbəyli Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Bəhreyn Krallığında (Manama Şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Bəhreyndə Azərbaycan Səfirliyinin açılması kifayət qədər strateji və planlı əhəmiyyət daşıyır. Bunu bir neçə aspektdən qiymətləndirmək olar. Birincisi, bu addım Azərbaycanın Körfəz regionunda diplomatik şəbəkəsinin genişlənməsi deməkdir. Digər Körfəz ölkələrində diplomatik nümayəndəliyimiz açılıb, orada münasibətlərimizi genişləndirmişik. İndi isə Bəhreynin əlavə olunması Bakı üçün Körfəz ölkələri ilə əlaqələrin tam siyasi, instutisional əsasda qurulması anlamına gəlir. Burada səfirliyin açılması həm də Azərbaycan üçün yeni investisiya kanallarının, xüsusilə turizm sahəsində əlaqələrin genişlənməsinə gətirib çıxaracaq”,- millət vəkili əlavə edib.

Deputat Rizvan Nəbiyev də iclas zamanı qeyd edib ki, Bəhreyndə səfirliyin açılması ilə Azərbaycanın diplomatik nümayəndələrinin sayı 93-ə çatacaq: “Bunlardan 70 səfirlik, 9 baş konsulluq və 6 daimi nümayəndəlikdir. Asiya Parlament Assambleyasında sədrliyi 2026-cı ildə Milli Məclis Bəhreynə verəcək. Bəhreynlə Azərbaycan arasında yaxşı əməkdaşlıq mövcuddur”.

Nuranə Daxilqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
34
qafqazinfo.az

1Sources