EN

"Bu, biabırçılqıdır" - Ukrayna millisinin qapıçısı

Dünən DÇ-2026-nın seçmə mərhələsinin 2-ci turu çərçivəsində Ukrayna yığmasını qəbul edən Azərbaycan millisi güclü rəqibi ilə 1:1 hesablı heç-heçəyə razılaşdı. Oyundan sonra qonaqların qapıçısı matç barədə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, onun sözlərini "Megogo" belə çatdırıb:

"Məncə, bu, biabırçılıqdır. Belə rəqiblərə qarşı belə oyunlarda qalib gəlmək lazımdır. Necə olursa, olsun, qalib gəlməliydik. Hamı fərdi şəkildə düşünməli, nəticə çıxarmalıdır. Hansısa məqsədə çatmaq istəyiriksə, bu barədə fikirləşməliyik. Azarkeşlərimizə təşəkkür edirəm. Harada oynasaq da, bizi dəstəkləyirlər".

Nihat  

Chosen
19
fanat.az

1Sources