EN

Messi karyerasında ilki yaşadı

ain.az bildirir, Qol.az saytına əsaslanaraq.

Argentina millisinin hücumçusu Leonel Messi karyerasında bir ilki yaşayıb.

QOL.az xəbər verir ki, 38 yaşlı hücumçu ilk dəfə dünya çempionatının seçmə mərhələsinin bombardiri olub.

O, DÇ-2026-nın seçmə mərhələsində 12 matçda 8 qol vurub və 3 məhsuldar ötürmə verib. Bununla da Messi Argentina Cənubi Amerika seçmə qrupunda ən yaxşı nəticəni göstərib.

İkinci yeri 17 oyunda 7 qol vuran Kolumbiya millisinin 28 yaşlı hücumçusu Luis Diaz tutub. O, həmçinin 3 məhsuldar ötürmə edib. Boliviya millisinin 21 yaşlı hücumçusu Migel Terseros da 7 qol vurub (12 matçda), lakin heç bir məhsuldar ötürmə verməyib.

Qeyd edək ki, Messi 2004-cü ildən Argentina millisinin üzvüdür.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
27
4
qol.az

6Sources