EN

Uşağın gözü qarşısında ananını dəfələrlə BIÇAQLADI

Lent az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Türkiyənin Bursa bölgəsində yaşanan faciə ölkədə gündəm olub.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə 27 avqust gecəsi saat 22:00 radələrində İncirli Caddesi-də baş verib. Anası ilə yaşayan 27 yaşlı Sevgi Yandık, keçmiş əri 32 yaşlı Doğan Ş. tərəfindən “danışmaq” bəhanəsi ilə çölə çağırılıb. 3 yaşlı övladı ilə evdən çıxan gənc qadın parkda şübhəli ilə görüşüb. Qısa müddətdə böyüyən mübahisədə Doğan Ş. yanında gətirdiyi bıçaqla keçmiş arvadını uşağının gözü önündə dəfələrlə bıçaqlayıb.

Qanlar içində yerə yıxılan Sevgi Yandık, səhiyyə işçilərinin bütün müdaxilələrinə baxmayaraq aparıldığı Yüksək İxtisas Təhsil və Araşdırma Xəstəxanasında həyatını itirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
36
lent.az

1Sources