Rusiyanın Polşadakı Səfirliyinin müvəqqəti işlər vəkili Andrey Ordaş Polşa Xarici İşlər Nazirliyinə çağırılıb.
Ordaşın sözlərinə görə, o, Polşaya dron hücumu ilə bağlı bəyanatlar fonunda XİN-ə çağırılıb.
Xatırladaq ki, Polşada hava məkanının pilotsuz uçuş aparatları ilə pozulması faktı qeydə alınıb. Polşa ordusu isə ölkənin hava məkanını pozan bir neçə PUA-nın vurulduğunu açıqlayıb. Vurulan PUA-lardan birinin qalıqları Belarusla sərhədin yaxınlığında tapılıb. Polşanın hava məkanına naməlum obyektlərin daxil olması səbəbilə Varşava və Rzeşov şəhərlərində hava limanları bağlanıb.