EN

Göygöl rayonunda panel görüş baş tutub - FOTOLAR

“GəncLİK – Gənc Liderlərin İnkişafı və Karyerası” düşərgəsi çərçivəsində Göygöl rayonunda panel görüş baş tutub.

QHT.az xəbər verir ki, “Könüllülükdən uğura gedən yol” mövzusunda keçirilən panel görüşdə iştirakçılar könüllülük fəaliyyətinin şəxsi və peşəkar inkişafdakı əhəmiyyəti, liderlik bacarıqlarının formalaşmasında rolu, eləcə də könüllülüyün cəmiyyətə təsiri barədə dəyərli fikirlər əldə ediblər.

Görüş Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev, Azərbaycan Respublikası Ali Məhkəməsinin Daxili Nəzarət və İnsan Resursları şöbəsinin məsləhətçisi Kamran Əliyev, “Regional İnkişaf” İctimai Birliyinin Layihələr və könüllülərlə iş şöbəsinin müdiri Adilə Əliyevanın təqdimatında baş tutub.

Chosen
49
qht.az

1Sources