ASELSAN şirkəti ilə Türkiyənin Müdafiə Sənayesi Komitəsi arasında hava hücumundan müdafiə (HHM) sistemlərinin tədarükü üçün 1.65 milyard avro məbləğində müqavilə imzalanıb.
“Poliqon” xəbər verir ki, bu barədə ASELSAN şirkətinin İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) təqdim edilən məlumatında bildirilib.
Qeyd olunub ki, sözügedən müqavilə çərçivəsində çatdırılmalar 2027 və 2031-ci illər ərzində həyata keçiriləcək.